Hal-hazırda, ürək cərrahiyyəsinin intensiv inkişafı və müvəffəqiyyəti sayəsində qazanılmış və ya anadangəlmə ürək qüsurlarının cərrahi korreksiyasına məruz qalan hamilə qadınların sayı artmaqdadır. Əksər hallarda cərrahi müalicə qadını təkçəhəyat və iş qabiliyyətinə yox, həm də reproduktiv funksiyanı qaytarır. Son məlumatlar ürək-damar xəstəliklərinin hamiləliklə bağlı ölümlərin 26,5% -ni təşkil etdiyini göstərir [1, 2].Hazırki məqalənin məqsədi ürək əməliyyatı keçirən qadınlarda hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə bağlı mövcud məlumatların analitik araşdırılmasıdır.