Dölün bətndaxili inkişaf ləngiməsi (DBİL) yayılmış və mürəkkəb mamalıq problemidir. Qeyd edilmişdir ki, DBİL hamilə qadınların təqribən 10-15%-də, yeni doğulmuşların 5-10%-də rast gələrək, perinatal xəstələnmə və ölümün əsas faktorudur [1, 2]. Çox vaxt DBİL ümumi patogenetik inkişaf mexanizmlərinin olması ilə hamiləliyin kəsilməsi ilə əlaqələndirilir [1]. DBİL neonatal və postneonatal dövrlərdə döl ölümün mühüm risk faktorudur. DBİL olan uşaqların ölümü normal inkişaf edən yeni doğulmuş uşaqların ölümündən 3-10 dəfə yüksəkdir [1]. DBİLnin olması ölü doğum riskini 8 dəfə artırır. Ölü doğulan körpələrin təxminən 20%-də DBİL var [3, 4].
scite is a Brooklyn-based organization that helps researchers better discover and understand research articles through Smart Citations–citations that display the context of the citation and describe whether the article provides supporting or contrasting evidence. scite is used by students and researchers from around the world and is funded in part by the National Science Foundation and the National Institute on Drug Abuse of the National Institutes of Health.