Qaz və qazkondensat yataqlarının işlənilməsi təcrübəsində yatağın son verim əmsalının maksimal səviyyə təşkil etməsinə çalışılır. Bu məqsədə nail olmaq üçün yataqların işlənmə və istismar prosesi üzərində davamlı olaraq nəzarət tədbirlərinin aparılması lazım gəlir. Bunun nəticəsində yataqda quyuların normal işləməsinə maneçilik yaradan müxtəlif geoloji-fiziki xüsusiyyətli mürəkkəbləşmə hallarının operativ müşahidəsi və bundan asılı olaraq onlara qarşı vaxtlı-vaxtında zəruri tədbirlərin həyata keçirilməsi təmin edilir. Bəzi hallarda buna bir çox səbəblərdən müyəssər olunmur. Xüsusilə dərin yatımlı yataqlarda quyuların işində belə mürəkkəbləşmə hallarının vaxtlı-vaxtında diaqnostikasının aparılması çətin olur və ona görə də adətən quyuların istismarı prosesində belə mürəkkəbləşmələrlə mübarizə yalnız artıq onlar baş verdikdən sonra aparılmalı olur. Belə olan təqdirdə yataq üzrə istismar səmərəliliyinin qorunub saxlanılması üçün zəruri geoloji-texniki və texnoloji tədbirlərin aparılmasına ehtiyac yaranır və bu halda quyular üzrə aparılacaq tədbirlərin planlaşdırılması mühüm təcrübi əhəmiyyətə malik olan məsələlərdən hesab edilir. Qeyd edilənlərlə əlaqədar, məqalədə işlənmə səmərəli¬liyinin təmin edilməsi məqsədilə quyularda müşahidə olunan mürəkkəbləş¬mələrə qarşı tətbiq üçün nəzərdə tutulan tədbirlərin ayrılan maliyyə sərfiyyat həcmi nəzərə alınmaqla quyular üzrə bölüşdürülməsi məsələsi tədqiq edilmiş, müvafiq həll sxemi təklif edilmişdir.
Açar sözlər: Qaz yatağı, səmərəlilik, tədbirlər, mürəkkəbləşmələr, maliyyə sərfiy¬yatı